Sabunçu rayonunda "İnklüziv Zəfər Yarmarkası" keçirildi
05 oktyabr 2024 | 13:20
05.10.2024-cü il tarixdə Bakı Gənclər Mərkəzi və “Inclusive Organization Company”nin birgə təşkilatçılığı, Sabunçu Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Sabunçu rayon Təşkilatının rəsmi tərəfdaşlığı, "Sara Xatun Mədəni Maarifçilik" ictimai birliyi, "Azərbaycan Respublikasının şəhid ailələri, əlilləri və müharibə veteranlarının müdafiəsi" ictimai birliyi, "Zəfər yolu" müharibə iştirakçıları və şəhid ailələrinə humanitar dəstək" ictimai birliyi və "Ümidlə gəl" xeyriyyə layihəsinin dost tərəfdaşlığı, "Gənclərin psixoloji dəstəyi" layihəsi, "Təam" catering & restaurant, "Gold Time Production" və "Dont stomotoloji Mərkəz"in sosial tərəfdaşlığı ilə Bakı Gənclər Mərkəzində "İnklüziv Zəfər Yarmarkası" keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva, millət vəkili Məzahir Əfəndiyev, Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva, Yeni Azərbaycan Partiyası Sabunçu rayon Təşkilatının sədr müavini Zülfüqar Cəfərov, “Inclusive Organization Company”nin sədri İbrahim Məmmədov, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak edirdilər.
Tədbir "44 Günlük Vətən müharibəsi" və "İnklüziv Cəmiyyətin Formalaşması"na həsr edilmişdir. Tədbirin bədii hissəsində əlilliyi olan şəxslərin təqdimatında vətənpərvərlik mövzusunda müxtəlif mahnılar səsləndirildi və rəqslər nümayiş etdirildi.
Tədbir əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgi-satış yarmarkası ilə davam etdi.