Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “İnsan Hüquqları Aylığı” çərçivəsində “Ölkəmizdə insan hüquq və azadlıqları ali dəyər kimi” mövzusunda konfrans keçirildi

10 iyun 2024 | 18:45
   10.06.2024-cü il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN) tərəfindən 18 may-18 iyun tarixləri aralığında elan edilmiş “İnsan Hüquqları Aylığı” çərçivəsində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İ.Əliyev adına 96 nömrəli tam orta məktəbdə “Ölkəmizdə insan hüquq və azadlıqları ali dəyər kimi” mövzusunda konfrans keçirildi.
   Konfransda Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva, YAP-ın Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, YAP-ın Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin baş zabiti Yulət Nəsirov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN) Aparatının Uşaq hüquqları sektorunun məsul əməkdaşı Azər İsalı, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin məsul əməkdaşı Tural Hüseynzadə və rayon ictimaiyyətinin nümayəndələri  iştirak edirdilər.
   Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva çıxış edərək bildirdi ki, dövlət başçısı cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə Ümummilli lider  Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyi nəzərə alınaraq iyunun 18-i Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi təsis edilmişdir. R.Vəliyeva qeyd etdi ki, cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, insan hüquqlarının müdafiəsi sahəsində əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələr barədə ictimai məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən ənənəvi olaraq hər il 18 may-18 iyun tarixləri Azərbaycanda “İnsan Hüquqları Aylığı” elan edilir.
   Sonra çıxış edən YAP-ın Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, YAP-ın Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN) Aparatının Uşaq hüquqları sektorunun məsul əməkdaşı Azər İsalı və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin məsul əməkdaşı Tural Hüseynzadə ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu sahəsində aparılan uğurlu siyasət, görülmüş tədbirlər barədə söz açdılar.
   Konfrans mövzu  ətrafında müzakirələrlə davam etdi.
Keçidlər