Sabunçu rayonunda “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar tədbir keçirilmişdir
11 mart 2025 | 09:43
11.03.2025-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsinin təşkilatçılığı ilə Maştağa Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Prezident İlham Əliyev cənablarının 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsinin aparıcı məsləhətçiləri Rəşadət Hidayətov, Nuru İmanov, təhsil, səhiyyə, mədəniyyət nümayəndələri iştirak etmişdir.
Giriş sözü ilə tədbiri açıq elan edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov çıxışında qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik ili" elan edilməsi, ölkəmizin hüquqi dövlət quruculuğu sahəsində və suverenliyin daha da möhkəmləndirilməsi istiqamətində atılacaq addımların davamı kimi mühüm əhəmiyyət daşıyır. Bu il müstəqil Azərbaycan Respublikasının ilk-yeni Konstitusiyasının qəbul edilməsinin 30 ili, Ermənistan ordusu üzərində qazanılan böyük Zəfərin 5 ili tamam olur. Ə.Teymurov çıxışında qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz tarixi Zəfərə imza atıb, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunub. Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad olunan bütün ərazilərdə bərqərar olub. Dövlət Bayrağımız əzəli torpaqlarımızda əzəmətlə dalğalanır. Qarabağ və Şərqi Zəngəzur dirçəlir, keçmiş məcburu köçkünlərin doğma ata-baba yurdlarında daimi məskunlaşması təmin olunur. Ölkə başçısı İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncami ilə sentyabrın 20-si ölkəmizdə “Dövlət Suverenliyi Günü “, 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə isə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilib. Bütün bu qalibiyyət ilə Azərbaycan dünyada yeni reallıqların müəllifi kimi tanınır. Yeni reallıqlar isə Azərbaycanımızı yeni uğurlara hədəfləyir.
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsinin aparıcı məsləhətçiləri Rəşadət Hidayətov, Nuru İmanov, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 128 nömrəli tam orta məktəbin tarix müəllimi Esmira Qurbanova və digər çıxış edənlər ölkə başçısı cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının tarixi əhəmiyyətindən, gələcəyə yönəlik strateji mahiyyətində, Azərbaycanın inkişafının yeni mərhələsindən, ərazi bötövlüyünün, suverenliyinin tam bərpa olunmasından, qüdrətli bir ölkəyə çevrilməsindən ətraflı danışdılar.