Sabunçu rayonunda “Məişət zorakılığından zərərçəkmiş uşaqların müəyyən edilməsi və onlara psixoloji yardımın göstərilməsi ilə bağlı məktəb psixoloqları üçün seminar keçirilmişdir
14 noyabr 2025 | 16:58
14.11.2025-ci il tarixdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sabunçu Gənclər Evində “Məişət zorakılığından zərərçəkmiş uşaqların müəyyən edilməsi və onlara psixoloji yardımın göstərilməsi ilə bağlı məktəb psixoloqları üçün seminar keçirilmişdir.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin psixoloqu Nərmin Aabbasova, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin məişət zorakılığının qarşısının alınması üzrə sektorun məsləhətçisi İradə Məmmədova və Sabunçu rayonunda fəaliyyət göstərən tam orta məktəbin psixoloqları iştirak edirdi.














