Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda "Milli maraqlar və dəyərlər" mövzusunda tədbir keçirildi

27 fevral 2023 | 17:23
   27.02.2023-cü il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə "Milli maraqlar və dəyərlər" mövzusunda tədbir keçirildi.
  Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin məsul əməkdaşları, Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru, müəllim və tələbə heyəti iştirak edirdilər.
   Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
   Tədbir qonaqların "Milli maraqlar və dəyərlər" mövzusu ətrafında çıxışları ilə davam etdi.
 
Keçidlər