Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirildi

02 iyun 2023 | 14:34
   02.06.2023-cü il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu rayon 28 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış sahəsi, Məktəbli küçəsində fəaliyyət göstərən 28 nömrəli tam orta məktəbdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və 2023-cü il “Heydər Əliyev ili” ilə əlaqədar “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirildi.
   Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, iqtisad elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ziyad Səmədzadə, Azərbaycanın muğam ifaçısı, Azərbaycanın Xalq Artisti Konül Xasıyeva, rayonun təhsil və  mədəniyyət müəssisələrinin rəhbərləri, şagirdlər və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak edirdi.
   Tədbirdə çıxış edən 28 nömrəli tam orta məktəbin direktoru Q.Əmircanova, Z.Səmədzadə, K.Xasıyeva Ulu öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən, müasir Azərbaycan dövlətinin müəllifi kimi apardığı əzmkar, cəsarətli, uzaqgörən siyasətindən, ağır ictimai-siyasi, sosial-iqtisadi böhran, eyni zamanda vətəndaş müharibəsi astanasında olan ölkəni necə xilas etməsindən geniş danışdılar. Cənab Prezident, Müzəfər Ali Baş Komandan İlham Əliyevin Ümummilli lider Heydər Əliyevin siysətini, ideyalarını neçə ləyaqətlə, şərəflə və cəsarətlə həuyata keçirməsindən söz açdılar.
   Tədbirrin sonunda Azərbaycanın muğam ifaçısı, Azərbaycanın Xalq Artisti Konül Xasıyevanın ifasında mahnılar səsləndi, muğam ifa olundu.
Keçidlər