Sabunçu rayonunda “Millli maraqlar və həmrəylik” mövzusunda seminar keçirildi
18.10.2022-ci tarixində UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Sabunçu rayon İcra hakimiyyəti ilə birgə “Millli maraqlar və həmrəylik” mövzusunda seminar keçirildi. Seminar 18 oktyabr- Dövlət Müstəqilliyinin bərpası gününə təsadüf etdiyindən kollecin “Arxiv işi və kargüzarlıq” FBK-nın sədri Eynulla Musayev məruzə ilə çıxış etdi.
Kollecin direktoru, üzrə elmlər doktoru Vidadi Orucov çıxış edərək xalqımızın müstəqillik yolunda keçdiyi keşməkeşli yoldan söhbət açaraq bildirdi ki, müstəqilliyimizin əldə olunması üçün xalqımızın həmrəyliyi vacib idi.
Seminarda çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti Aparatının İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Abbasov bildirdi ki, millli maraqlar və həmrəylik naminə xalqımızın 44 günlük Vətən naminə birləşməsi bütün dünyaya örnək olmalıdır.
Tədbirdə Kollecin müəllimləri Natiq Musayev və Bənövşə Baxışova 18 oktyabr- Dövlət Müstəqilliyinin bərpasının dövlətçiliyimiz üçün əhəmiyyətindən danışdılar.
Tədbirin sonunda tələbələr arasında “Millli maraqlar və həmrəylik” mövzusunda debat keçirildi,video çarxlar nümayiş olundu.