Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Müqəddəs Ramazan bayramı münasibətilə bayram süfrəsi təşkil edildi

10 aprel 2024 | 15:56
    10.04.2024-cü il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən Ramazan bayramı münasibətilə “Aqat” şadlıq sarayında tədbir keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Milli Məclisin deputatları Fazil Mustafa və Əliabbas Salahzadə, YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanları, təhsil, səhiyyə, mədəniyyət müəssisələri və xidmət sahələrinin rəhbərləri, şəhid ailələri, qazilər, bir sıra QHT-lərin rayon təşkilatlarının sədrləri, din xadimləri və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak edirdilər.
   Tədbir Bakıxanov qəsəbəsi, “İmam Rza” məscidinin imamı Əmirxan Tahirov tərəfindən “Qurani-Kərim”dən olan ayələrin və Ramazan ayının duasının oxunması ilə başlandı. Ə.Tahirov İslamda Ramazan ayının digər aylardan üstün hesab olunduğunu bildirərək “Qurani-Kərim” kitabının məhz bu ayda - Qədr gecəsində nazil olduğunu qeyd etdi.
  Ramazanın həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi-bərəkət ayı olduğunu vurğulayan Ə.Tahirov Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman vətən övladlarının ruhlarına dualar oxudu.

 

 

Keçidlər