Sabunçu rayonunda Müqəddəs Ramazan bayramı münasibətilə tədbir keçirildi
02 may 2022 | 18:38
02.05.2022-ci il tarixində Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən Ramazan bayramı münasibəti ilə “Ülvi” şadlıq sarayında tədbir keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov, müavinlər Rəna Fərəcova və Avtandil Hüseyn-zadə, millət vəkili Əliabbas Salahzadə, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, RİH başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının sədr və üzvləri, şəhid ailələri və qazilər iştirak edirdilər.
Tədbir ilk olaraq Bakıxanov qəsəbəsi, “İmam Rza” məscidinin imamı Əmirxan Tahirov tərəfindən “Qurani-Kərim”dən olan ayələrin və Ramazan ayının duasının oxunması ilə başlandı. Ə.Tahirov İslamda Ramazan ayının digər aylardan üstün hesab olunduğunu bildirərək “Qurani-Kərim” kitabının məhz bu ayda - Qədr gecəsində nazil olduğunu qeyd etdi.
Çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov tədbir iştirakçılarını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edərək milli və dini tolerantlığın hökm sürdüyü Azərbaycan Respublikasında bütün dini bayramlar, o cümlədən də Ramazan bayramının hər il təntənə ilə qeyd edildiyini bildirdi. Ramazanın həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi-bərəkət ayı olduğunu vurğulayan G.Məmmədov Ulu öndər Heydər Əliyevin hər zaman dini dəyərlərə önəm verdiyini, müqəddəs bayramların dövlət tərəfindən yüksək səviyyədə qeyd olunduğunu və bu ənənənin bugün də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən davam etdirildiyini diqqətə çatdırdı. G.Məmmədov müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyilə şanlı ordumuzun 44 gündə qazandığı böyük Qələbənin ölkəmizin tarixinə qızıl hərflərlə yazıldığını bildirərək bu qələbənin əldə olunmasında canından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa dilədi.