Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Müqəddəs Ramazan bayramı münasibətilə tədbir keçirildi

21 aprel 2023 | 14:24
   21.04.2024-cü il tarixində Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən Ramazan bayramı münasibəti ilə “Ülvi” şadlıq sarayında tədbir keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Milli Məclisin deputatı Əliabbas Salahzadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayon hüquq-mühafizə orqanları, təhsil, səhiyyə, məktəbəqədər təhsil müəssisələri və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, bir sıra QHT-lərin rayon təşkilatlarının sədrləri, aztəminatlı ailələr, din xadimləri və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak edirdilər.
   Tədbir ilk olaraq Bakıxanov qəsəbəsi, “İmam Rza” məscidinin imamı Əmirxan Tahirov tərəfindən “Qurani-Kərim”dən olan ayələrin və Ramazan ayının duasının oxunması ilə başlandı. Ə.Tahirov İslamda Ramazan ayının digər aylardan üstün hesab olunduğunu bildirərək “Qurani-Kərim” kitabının məhz bu ayda - Qədr gecəsində nazil olduğunu qeyd etdi.
   Çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov  tədbir iştirakçılarını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edərək milli və dini tolerantlığın hökm sürdüyü Azərbaycan Respublikasında bütün dini bayramlar, o cümlədən də Ramazan bayramının hər il təntənə ilə qeyd edildiyini bildirdi. Ramazanın həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi-bərəkət ayı olduğunu vurğulayan G.Məmmədov Ulu öndər Heydər Əliyevin hər zaman dini dəyərlərə önəm verdiyini, müqəddəs bayramların dövlət tərəfindən yüksək səviyyədə qeyd olunduğunu və bu ənənənin bugün də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən davam etdirildiyini diqqətə çatdırdı. G.Məmmədov müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyilə şanlı ordumuzun 44 gündə qazandığı böyük Qələbənin ölkəmizin tarixinə qızıl hərflərlə yazıldığını bildirərək bu qələbənin əldə olunmasında canından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa dilədi.
Keçidlər