Sabunçu rayonunda Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilib
19 oktyabr 2022 | 15:10
Bakı şəhər Mədəniyyət Baş İdarəsinin M.Ə.Sabir adına Balaxanı qəsəbə Mədəniyyət evi və Sabunçu rayon MKS-nin 11 saylı fillialı ilə birgə tədbir keçirilmişdir. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai siyasi və Humanitar məsələlər şöbəsinin müavini - dini qurumlarla işin təşkilatçısı Abbasov Ceyhun Ənvər oğlu iştirak etmişdir.
Tədbir Azərbaycan Dövlət Himni ilə başlanmışdır . Həmçinin tədbirdə Aysel Əbilova,Vüsal Xəlili, Seymur Borçalı və Telli Əbilova öz ifaları ilə tədbirə rəng qatmışdırlar.”Dərya”rəqs qrupunun istedadlı rəqqasələri də çıxışları ilə tədbirə maraq qatdı. Tədbirdə maraqlı şəkillərdən ibarət olan rəsm əsərləri də sərgiləndi. Tədbir sonda “Xudayar” təsnifinin sədaları altında yekunlaşmışdır.