Sabunçu rayonunda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair tədbir keçirildi
29 oktyabr 2025 | 18:17
29.10.2025-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının iştirakı ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Sabunçu Gənclər Evində Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2025-ci il tarixli, 721 nömrəli sərəncamı ilə qəbul olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” ilə bağlı konfrans keçirilmişdir.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşı Raqif Allahverdiyev və Sabunçu rayonunda fəaliyyət gödtərən kollec, lisey və ümumtəhsil məktəblərin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları və məktəbin valideyin komitəsinin sədrləri iştirak iştirak edirdi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşı Raqif Allahverdiyev, Sabunçu rayon Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin müavini Mətanət Quliyeva, Sabunçu rayon Ramana qəsəbəsi, 337 nömrəli tam orta məktəbin psixoloqu Reyhan Yusifova çıxış edərək Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2025-ci il tarixli, 721 nömrəli sərəncamı ilə yeni qəbul olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”ndan ətraflı danışmaqla yanaşı, narkotiklərin qanunsuz dövriyyəsi və narkomaniyanın müasir dünyada son dərəcə mürəkkəb və ictimai bir təhlükəli olmasından, cəmiyyətə, millətin genəfonduna ziyan vurmasından, müxtəlif cinayətlərin törədilməsinə təkan verməsindən, narkotiklərin qanunsuz dövriyyəsinin terrorizmin maliyyələşmsində önəmli yer almasından, eyni zamanda narkomaniyanın bəşəriyyətin ən ağrılı bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrildiyindən, dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq hamı üçün çox böyük təhlükə olduğundan, ona qarşı mübarizə yollarından, cəmiyyətimizi, genəfondumuzu, gənclərimizi bu bəladan necə qorunmasından geniş danışdılar.














