Sabunçu rayonunda “Narkotikə yox deyirik” mövzusunda maarifləndirici tədbir keçirilmişdir
08 fevral 2025 | 11:46
07.02.2025-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə Nardaran qəsəbəsi, 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində “Narkotikə yox deyirik” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Sabunçu rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cavid Muradov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimi-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, “Azərbaycan Respublikası Narkoloji Mərkəz” Publik Hüquqi Şəxsin həkim-narkoloqu Rövşən Kərimli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi Şəxsin klinik-psixoloqu Ofelya Məmmədova, valideyinlər, məktəbin şagird və müəllim kollektivi iştirak edirdilər.
Tədbiri Sabunçu rayon Polis İdarəsinin rəisi Cavid Muradov açaraq maarifləndirici görüşün məqsəd və mahiyyət, narkomaniyaya qarşı görülən işlərdən, hüquq mühafizə orqanları tərəfində həyata keçirilən əməliyyatlardan söz açdı.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimi-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov çıxış edərək müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları, gətirdiyi faciələr barədə ətraflı məlumat verdi. Yeniyetmə və gənclərin narkomaniyadan və digər zərərli vərdişlərdən qorunması və gənc nəslin savadlı və vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən islahatlardan, narkotiklə bağlı qəbul olunmuş 2019-2024-ci illəri əhatə edən Dövlət Proqramından danışdı və ətraflı məlumat verdi, respublikada narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, onun qarşısının alınması istiqamətində görülən işlərdən, maarifləndirici tədbirlərin əhəmiyyətindən, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması üçün görülən əhəmiyyətili işlərdən danışdı.
Digər çıxış edənlər narkotikin ümumbəşəri bəla olmasından, gənc nəslin bu kimi zərərli vərdişlərdən uzaq tutulması, onların sağlamlığının qorunması üçün həlli vacib işlərin həyata keçirilməsindən və bu işdə məktəblilərin, müəllimlərin və valideynlərin üzərinə düşən işlərdən danışdılar, tədbir iştirakçılarına müəyyən tövsiyyələr verdilər və şagirdləri maraqlandıran sualları cavablandırdılar
Sonda narkomaniya ilə bağlı keçirilən tədbirlərdə aktiv iştirak edən şagirdlərə Sabunçu rayon Polis İdarəsinin Fəxri Fərmanı təqdim edildi.