Sabunçu rayonunda növbəti iftar süfrəsi açılmışdır
Müqəddəs Ramazan ayı başlayan gündən mütəmadi olaraq hər həftə aidiyyatı qəsəbələrdə Rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə iftar süfrələri təşkil olunur, oruc tutan aztəminatlı ailələrin, Vətən müharibəsi şəhid ailələrin, qazilərin, qəsəbə ağsağğalların, ağbirçəklərin, din xadimlərin iştirakı ilə İftar süfrələri açılır.
Rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə təşkil olunan növbəti iftar süfrəsi 28.04.2022-ci il tarixində Sabunçu qəsəbəsində “Viva” şadlıq sarayında təşkil olunmuşdur.
İftar süfrəsində aztəminatlı ailələr, Vətən müharibəsi şəhid ailələri, qazilər, qəsəbə ağsağğalları, ağbirçəkləri, din xadimləri ilə yanaşı Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Milli Məclisin deputatı Əliabbas Salahzadə, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri də iştirak ediblər.
Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.
Din xadimləri insanları xeyirxahlığa, birliyə dəvət edən müqəddəs Ramazan ayının müqədəsliyindən, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevi cənabların rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığından, ölkə rəhbərinin, ordumuzun və xalqımızın sarsılmaz birliyindən, şəhid olan vətən oğulların ölməzliyindən, qazilərin qəhrəmanlığından ətraflı danışdı, dualar oxudular.