Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda növbəti ümumrayon iməcliyi və dezinfeksiya işləri aparılmışdır

21 may 2022 | 13:21
    21 May 2022-ci il tarixində Sabunçu rayon ərazisində təmizliklə bağlı daxili iməclik və geniş dezinfeksiya tədbirləri keçirilib.
  İməclik zamanı kommunal və digər xidmətlər tərəfindən rayonun prospekt və küçələrin, səkilərin kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, köşklərin yuyulması həyata keçirilib. Küçə və prospektlərdə yerləşən mağaza, ictimai iaşə və digər obyektlərin əməkdaşları öz obyektlərinin fasad və vitrinlərinin yuyulması, onların qarşısında səliqə-sahman yaradılması işlərində yaxından iştirak ediblər. Əsas küçə və prospektlərin dezinfeksiyası aparılıb, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlər və əlavə təmizlik işləri görülüb.
    Son illər ərzində Sabunçu rayonunda təmizlik, abadlıq və quruculuq işlərinin həyata keçirilməsi, kənd daxili yolların, su xətlərinin təmiri, yaşıllıqların qorunması, məişət tullantıların yığılması və daşınması, ətraf mühitin sağlamlaşdırılması ilə bağlı davamlı tədbirlər həyata keçirilir.
Keçidlər