Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Novruz bayramı münasibətilə konsert proqramı keçirildi

20 mart 2022 | 16:18

20.03.2022-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Bakıxanov qəsəbəsində yerləşən Bakı Gənclər Mərkəzində Novruz bayramı münasibətilə konsert proqramı keçirildi.
Tədbirdə Sabunçu  Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinləri, millət vəkilləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, bütün xidmət sahələrinin rəisləri, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının qəsəbələr üzrə nümayəndələri, bələdiyyə sədrləri, rayon ərazisində fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin rəhbərləri, Vətən müharibəsi iştirakçıları, qazilər, şəhid ailələri və rayon sakinləri iştirak edirdilər.
Konsert proqramında sevilən sənətçilərin ifasında səslənən  bayram əhval-ruhiyyəli musiqilər tamaşaçılara xoş əhval-ruhiyyə bəxş etdi.
Novruz personajları olan Kosa və Keçəl isə bayram tədbirinə daha da rəng qatdı.

Keçidlər