Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Novruz şənliyi təşkil edildi

14 mart 2026 | 18:09
14.03.2026-cı il tarixdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şail Kamilov küçəsi 5, 7, 9, 11 ünvanlarında abadlaşdırılan həyətdə Novruz şənliyi təşkil edildi.
Novruz ərəfəsində abad məhəllə bayramsayağı bəzədildi, səməni, Novruz şirniyyatları olan süfrələr açıldı və bayram abu-havası yaradıldı.
Şənlikdə müğənnilər müxtəlif mahnılar səsləndirdi, Novruzun əsas personajları olan Kosa, Keçəl və Bahar qızı toplaşanları şənləndirdi və Bayram tonqalının ətrafında sakinlərlə birgə rəqs etdilər.
Bayram şənliyi sakinlərdə xoş ovqat yaratdı.
Keçidlər