Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Novruz şənliyi təşkil edildi

20 mart 2025 | 15:45
20.03.2025-ci il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi 5, 7, 9, 11 ünvanlarında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan həyətdə Novruz şənliyi təşkil edildi.
Novruz ərəfəsində abad məhəllə bayramsayağı bəzədildi və bayram abu-havası yaradıldı.
Tədbirdə iştirak edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyev ənənəvi olaraq bayram tonqalını yandırdıqdan sonra qəsəbə sakinlərini salamladı və onları Novruz bayramı münasibəti ilə təbrik etdi.
Şənlikdə müğənnilər müxtəlif mahnılar səsləndirdi, Novruzun əsas personajları olan Kosa, Keçəl və Bahar qızı toplaşanları şənləndirdi və Bayram tonqalının ətrafında sakinlərlə birgə rəqs etdilər.
Bayram şənliyi sakinlərdə xoş ovqat yaratdı.
Keçidlər