Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Şahin” hərbi-idman oyunları üzrə rayon birinciliyi keçirildi

05 aprel 2024 | 15:59
05.04.2024-cü il tarixdə Bakı şəhər Gənclər və İdman İdarəsinin Sabunçu rayonu üzrə Gənclər və İdman sektorunun təşkilatçılığı ilə Sabunçu qəsəbəsində yerləşən A.Qambayzadə adına 148 nömrəli tam orta məktəbdə şagirdlərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə “Şahin” hərbi-idman oyununun final mərhələsi keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva, Bakı şəhər Gənclər və İdman İdarəsinin Sabunçu rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Rakif Əliyev, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, rayonun ümumtəhsil müəssisələrinin direktorları, şagird-müəllim heyəti iştirak edirdilər.
Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başladı. Çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva “Şahin” hərbi-idman oyununun gənc nəslin hərbi vətənpərvərlik ruhda yetişməsində, hərbi və fiziki hazırlığında, onlara Vətənə məhəbbət hislərinin aşılanmasında əhəmiyyətli dərəcədə rol oynadığını qeyd etdi.
Daha sonra komandalar təntənəli marşla və musiqi ilə tribuna önündən keçdilər. Yarışa qatılan 8-10-cu sinif şagirdləri yarışın 8 mərhələsi üzrə öz qüvvələrini sınadılar.
Yarışın nəticəsinə görə rayonun 67 nömrəli tam orta məktəbi birinci, 169 nömrəli tam orta məktəbi ikinci və 148 nömrəli tam orta məktəbi isə üçüncü yerə layiq görüldü. Qalib komandalar kubok və diplomlarla təltif olundular.
Keçidlər