Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda sakinlərə ödənişsiz göz müayinəsi və həkim konsultasiyası xidmətləri göstərilir

09 mart 2023 | 13:34
Sabunçu Rayon İcra Hakimiyyəti və Məlhəm Beynəlxalq hospitalın Sooft göz mərkəzinin birgə təşkilatçılığı ilə 09.03.2023-cü il tarixdən etibarən Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Heydər Əliyev parkında səyyar klinikanın peşəkar həkim kollektivi tərəfindən sakinlərə ödənişsiz göz müayinəsi və həkim konsultasiyası xidmətləri göstərilir.  
Qeyd edək ki, aksiya 26 mart 2023-cü il tarixədək davam edəcək.
Xidmətlərdən yararlanmağa və gözlərinizi müayinə etməyə tələsin.
Məlhəm Beynəlxalq hospitalın Sooft göz Mərkəzi - Gələcəyə sağlam gözlərlə!

 

Keçidlər