Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda şəhid övladları üçün bayram şənliyi təşkil olundu

28 dekabr 2022 | 12:18
28.12.2022-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Bakıxanov qəsəbə bələdiyyəsinin birgə təşkilatçılığı ilə “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni İl” münasibətilə “Bliss Land” istirahət və əyləncə mərkəzində Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olan igidlərimizin övladları üçün bayram şənliyi təşkil edildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi və Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının qəsəbələr üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak edirdilər.
Şənlikdə uşaqlar “Yeni il” personajları olan “Şaxta Baba” və “Qar Qız” ilə şən musiqi sədaları altında rəqs etdilər, şeirlər və mahnılar ifa etdilər, müxtəlif nağıl qəhrəmanları ilə birlikdə əyləncəli oyunlar oynayaraq xoş zaman keçirdilər.
Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olundu.
Keçidlər