Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda şəhid Şəfizadə Saleh Samir oğlunun xatirəsi anılıb

08 fevral 2026 | 10:53
08 fevral 2026-cı il tarixində Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Şəfizadə Saleh Samir oğlunun anım mərasimi keçirilib.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Elvin Şiriyev, Maştağa qəsəbə bələdiyyəsinin sədri Anar Adıgözəlov, şəhidin ailə üzvləri və qəsəbə sakinləri iştirak ediblər.
Şəfizadə Saleh Samir oğlu 23 may 2001-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Şəfizadə Saleh 27 sentyabr 2020-ci il tarixindən etibarən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan Vətən müharibəsində iştirak edib.
O, 8 noyabr 2020-ci ildə döyüş zamanı ağır yaralanıb, üç ay komada qaldıqdan sonra 8 fevral 2021-ci ildə şəhid olub. Şəhid Şəfizadə Saleh 9 fevral 2021-ci ildə Maştağa qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Şəfizadə Saleh Samir oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”“Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidimizə Allahdan rəhmət diləyir, əziz xatirəsi daim qəlbimizdə yaşayacaq!
Keçidlər