Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda şəhid və qazi övladları, aztəminatlı ailələrin uşaqları və qəyyumluqda olan uşaqlar üçün Novruz şənliyi keçirildi

17 mart 2023 | 17:49

17.03.2023-cü il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti, YAP-ın Sabunçu rayon təşkilatı və “Bliss Land” istirahət mərkəzinin birgə təşkilatçılığı ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində fəaliyyət göstərən “Bliss Land” istirahət mərkəzində şəhid və qazi övladları, aztəminatlı ailələrin uşaqları və qəyyumluqda olan uşaqlar üçün Novruz şənliyi keçirildi.

Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, YAP-ın Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi və Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları,  şəhid və qazi övladları, aztəminatlı ailələrin uşaqları və qəyyumluqda olan uşaqlar  iştirak edirdilər.

Şənlikdə uşaqlar Novruz personajları olan Kosa, Keçəl və Bahar qızı ilə şən musiqi sədaları altında rəqs etdilər, şeirlər və mahnılar ifa etdilər, müxtəlif nağıl qəhrəmanları ilə birlikdə əyləncəli oyunlar oynayaraq xoş zaman keçirdilər.

 

Keçidlər