Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda şəhid Xudiyev Samir Səməd oğlunun doğum günü münasibətilə anım mərasimi keçirildi

18 iyul 2026 | 14:56
18 iyul 2026-cı il tarixdə Sabunçu rayonunda şəhid Xudiyev Samir Səməd oğlunun doğum günü münasibətilə xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini – müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fəqan Əlizadə, Ramana bələdiyyəsinin sədri Çingiz Məmmədov, şəhidin ailə üzvləri və qəsəbə sakinləri iştirak etdilər.
Xudiyev Samir Səməd oğlu 18 iyul 2003-cü ildə Sabunçu rayonu, Ramana qəsəbəsində anadan olmuşdur. O, 2009-cu ildə E.Məhərrəmov adına 137 nömrəli tam orta məktəbin I sinfinə qəbul olunmuş, 2020-ci ildə həmin məktəbi bitirmişdir.
2021-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. 5 avqust 2022-ci il tarixdə Laçın rayonu ərazisində çətin relyefli sahədə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqdan qopan qaya parçasının üzərinə düşməsi nəticəsində şəhid olmuşdur.
Şəhid Xudiyev Samir Səməd oğlu 6 avqust 2022-ci il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən "Şəhidlər xiyabanı"nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.
Keçidlər