Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Şəhidlərin xatirəsinə həsr olunmuş "Zəfər Kuboku" keçirilmişdir

03 noyabr 2022 | 15:57

   03.11.2022-ci il tarixdə Balaxanı İdman Mərkəzində,Sabunçu rayon İcra Hakimiyyəti və Sabunçu rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Sabunçu Şəhidlərin xatirəsinə həsr olunmuş 2006-2008-ci il təvəllüdlü yeniyetmələr arasında "Zəfər Kuboku"keçirilmişdir. Tədbirin açılışında Sabunçu rayon Gənclər və İdman idarəsinin rəisi Rakif Əliyev,Sabunçu rayon İcra Hakimiyyətinin məsul işçisi Ceyhun Abbasov çıxış edərək idmançılara uğurlar arzu etdilər.Bədii hissədə Balaxanı Mədəniyyət evinin ifaçısı Şəmnur Allahverdiyeva "Xudayar təsnifi"ni,Vaqif Mustafazadə adına 2nömrəli İncəsənət məktəbinin "Aysel"rəqs qrupu "Qaval rəqsi"ni ifa etdilər.

Keçidlər