Sabunçu rayonunda səyyar rentgen müayinəsi aksiyası keçirildi.
07 aprel 2023 | 10:47
07.04.2023-cü il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti, Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyası və “Sağlamlığa Xidmət” İсtimai birliyinin birgə təşkilatçılığı ilə Sabunçu rayonunda yerləşən Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Bakı Dövlət Sosial-iqtisad Kollecində ağciyərlərin səyyar rentgen müayinəsi aksiyası keçirildi.
Müayinələr zamanı 100-dən çox tələbə və kollec heyəti profilaktik olaraq müayinə olundu. Aksiya çərçivəsində Bakı şəhər 12 saylı poliklinikanın radioloqu Hüseynova Nərgiz, “Sağlamlığa Xidmət” İсtimai birliyinin həkim ftiziatoru Samirə Muxtarova və Mediclub klinikasının radioloqu Kərimov Rövşən müayinələr zamanı diaqnozun təyin edilməsində iştirak etdilər.
Müayinələr Yaponiyanın “Fujifilm” şirkətinin portativ və süni intellekt üstünlüyünə malik rentgen qurğusu ilə həyata keçirildi. Rentgen qurğusu Yaponiyanın Azərbaycandakı Səfirliyinin ianəsi əsasında əldə olunmuşdur.