Sabunçu rayonunda “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda müşavirə keçirildi
18 may 2026 | 18:09
18.05.2026-cı il tarixində Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda müşavirə keçirildi.
Müşavirədə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini, Fövqəladə Hallar Komissiyasının sədri Abbas Zeynalov, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəis müavini Nəcəf Novruzov, Sabunçu rayon Mülki Müdafiə İdarəsinin rəisi, polkovnik Rəşad Quliyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının sektor müdirləri, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları, Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəis müavini Bəxtiyar Qasımov, Təcili Tibbi Yardım Stansiyasının 1 saylı bölməsinin baş həkimi İlham Əzizov, Sabunçu Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Elmar Allahverdiyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının qəsəbələr üzrə nümayəndələri, bələdiyyə sədrləri, dəniz kənarında fəaliyyət göstərən müəssisələrin sahibləri, iş adamları və aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini, Fövqəladə Hallar Komissiyasının sədri Abbas Zeynalov çimərlik mövsümünün başlanması ilə əlaqədar rayon ərazisində fəaliyyət göstərən dənizkənarı iaşə və istirahət obyektlərinin mövcud vəziyyəti, istirahətə gələn vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində aidiyyəti dövlət qurumları, o cümlədən FHN-in əlaqədar bölmələri tərəfindən görülən işlər, sahibkarların üzərinə düşən vəzifə və öhdəliklər, həmçinin çimərliklərdə yaradılan şərait barədə ətraflı məlumat verdi.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Çimərliklərin istismarına Nəzarət şöbəsinin böyük inspektoru, daxili xidmət kapitanı Samir Məmmədov “Rayon çimərliklərində aparılan monitorinqlərin nəticələri”, Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəis müavini Bəxtiyar Qasımov “Əhalinin istirahətinin təşkili məqsədilə çimərlik sahələrində görülən işlər”, Sabunçu Rayon Təxirəsalınmaz Təcili Tibbi Yardım Stansiyasının baş həkimi İlham Əzizov “Çimərlik sahələrində əhaliyə tibbi xidmətin göstərilməsi”, Sabunçu Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Elmar Allahverdiyev isə “Dəniz suyunun təmizlik vəziyyəti” mövzularında çıxış etdilər.
Tədbirin sonunda müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.














