Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda üç əsrin şahidi olan 125 yaşlı 67 nömrəli tam orta məktəbin yubiley tədbiri keçirildi

30 dekabr 2022 | 14:03
30.12.2022-ci il tarixdə Bakı Gənclər Mərkəzində Bakı şəhəri, Sabunçu rayonu, 67 nömrəli tam orta məktəbin 125 illik yubileyi və “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” münasibətilə tədbir keçirildi.
Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Anar Məmmədov, Sabunçu Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Rəna Fərəcova, BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, Sabunçu RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, BŞTİ və Sabunçu RİH-in nümayəndələri, şəhidlərin ailə üzvləri, qazilər, məktəb direktorları, müəllimlər, şagirdlər, valideynlər və digər qonaqlar iştirak edirdilər.
Tədbirdən öncə qonaqlar Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər. Daha sonra qonaqlar məktəbin 125 illiyinə həsr olunmuş şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış oldular.
Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.
Tədbirdə çıxış edən məktəbin direktoru İradə Bayramova qonaqları salamlayaraq təhsil müəssisəsinin yaranma tarixi, keçdiyi inkişaf yolu barədə danışdı. Bildirdi ki, təcrübəli pedaqoji kollektivi olan məktəbin öz peşəsinə ürəkdən bağlı olan, şagirdlərin təhsilində, dünyagörüşünün formalaşmasında əvəzsiz xidmətlər göstərən müəllimləri var.  
BŞTİ-nin müdir müavini A.Məmmədov məktəb kollektivini 125 illik yubiley və tədbir iştirakçılarını “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” münasibətilə təbrik etdi, məktəb kollektivinə bundan sonrakı fəaliyyətlərində daha böyük müvəffəqiyyətlər arzuladı. A.Məmmədov bildirdi ki, 125 illik şərəfli bir yol keçən məktəbin tarixinə nəzər saldıqda aydın görünür ki, zaman dəyişsə də, məktəbdə müəllimlərin zəhmətinin bəhrəsi, onların yetişdirdikləri şagirdlərin müxtəlif sahələr üzrə ali təhsil alması, Vətən üçün layiqli övlad olması və təhsilverənlərin əməyinin qiymətləndirilməsi dəyişməyib.
Təhsilin Azərbaycanın dövlət siyasətinin prioritetlərindən biri olduğunu deyən İdarənin müdir müavini Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilin inkişafına böyük diqqət yetirildiyini və bu gün Prezident İlham Əliyev tərəfindən bu ənənəyə sadiq qalaraq təhsil islahatlarının uğurla davam etdirildiyini diqqətə çatdırdı.
Daha sonra çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova tədris ocağının kollektivini yubiley münasibəti ilə təbrik etdi, məktəbin tədris nailiyyətlərinin son illərdə xüsusilə artdığını diqqətə çatdırdı.
Tədbirdə təhsil müəssisəsinin tarixindən və qazandığı uğurlarından bəhs edən videoçarxlar nümayiş etdirildi.
Yubiley tədbirində şagirdlərin ifasında vətənpərvərlik, təhsil və məktəb həyatından bəhs edən müxtəlif şeirlər, mahnılar, ədəbi-bədii kompozisiyalar təqdim olundu.
 
 
 
 
Keçidlər