Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” adlı tədbir keçirildi

24 may 2023 | 11:15
   24.05.2023-cü il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Gənclər Evinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və 2023-cü il “Heydər Əliyev İli” ilə əlaqədar “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda tədbir keçirildi.
  Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, 1993-2003-cü illərdə Ulu öndər Heydər Əliyevin şəxsi fotoqrafı olmuş Rafiq Bağırov, Sabunçu Gənclər Evinin direktoru Kamil Yaqubov, rayon təhsil və  mədəniyyət müəssisələrinin, o cümlədən rayon ictimaiyyətinin digər nümayəndələri iştirak edirdilər.
  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova bildirdi ki, Ulu öndər, dahi şəxsiyyət Heydər Əliyev mənalı ömrünü müasir, dünyəvi, qüdrətli, demokratik Azərbaycanın qurulmasına həsr etmişdir. Onun yorulmaz və titanik fəaliyyəti, yürütdüyü müdrik daxili və xarici siyasət nəticəsində müstəqilliyimiz dönməz xarakter almış, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu, milli ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın demokratik imicinin artması sahəsində böyük işlər görülmüşdür. R.Fərəcova vurğuladı ki, Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu, ölkə prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi uzaqgörən siyasətin nəticəsidir ki, indi dövlətimizin iqtisadi qüdrəti durmadan artır, ölkəmiz beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır, ölkəmizdə ictimai-siyasi sabitlik möhkəmlənir və xalqımızın sosial rifahı günbəgün yaxşılaşır.
  Daha sonra çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid və 1993-2003-cü illərdə Ulu öndər Heydər Əliyevin şəxsi fotoqrafı olmuş Rafiq Bağırov Ümummilli lider Heydər Əliyevlə bağlı xoş xatirələrini bölüşərək onun Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən söz açdılar.
   Sonda qonaqlar tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırdılar.
Keçidlər