Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş təntənəli rəsmi yığıncaq keçirildi

10 may 2023 | 15:06
10.05.2023-cü il tarixdə Bakı Gənclər Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş təntənəli rəsmi yığıncaq keçirildi.
 
Yığıncaqda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, millət vəkili Əliabbas Salahzadə, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının məsul əməkdaşları, şəhid ailələri, qazilər, rayonda fəaliyyət göstərən təhsil, səhiyyə, xidmət müəssisələrinin rəhbərləri və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak edirdilər.
 
İlk olaraq tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz xidmətlərindən söz açaraq fəaliyyəti boyunca ölkənin daxili və xarici siyasətinin inkişafı uğrunda apardığı çoxşaxəli islahatlar barədə geniş məlumat verdi. Qəlbi vətən eşqiylə döyünən Ulu Öndər Heydər Əliyevin bütün sahələrə göstərdiyi diqqət və qayğını diqqətə çatdıran A.Vəliyev Azərbaycan xalqının öz xilaskarını daim sevgiylə və ehtiramla yad etdiyini vurğuladı.
Sonda Ümummilli lider, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Əsrin adamı”  filmi nümayiş etdirildi.
Keçidlər