Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyi ilə əlaqədar ağacəkmə aksiyası keçirildi

08 may 2025 | 14:42
  08.05.2025-ci il tarixdə “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyi” ilə əlaqədar Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mübariz İbrahimov küçəsində ağacəkmə aksiyası keçirildi.
  Aksiyada Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, “Balakhani Operating Company LTD” şirkətinin prezidenti Rövşən Rzayev, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, YAP Sabunçu Rayon Təşkilatı və Balaxanı Əməliyyat Şirkətinin əməkdaşları və YAP fəalları iştirak edirdilər.
   Aksiya çərçivəsində ümumilikdə 500-ə yaxın sərv və zeytun ağacları əkildi, yeni əkilmiş tinglərə aqrotexniki qulluq göstərildi.  
Keçidlər