Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş konsert proqramı təşkil edildi

07 may 2025 | 17:46
   07.05.2025-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və “Xarı bülbül” instrumental ansamblının iştirakı ilə Bakı Gənclər Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş konsert proqramı təşkil edildi.
   Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, millət vəkilləri Fazil Mustafa və Arzuxan Əlizadə, YAP Sabunçu rayon təşkil­atının sədri Araz Xu­dadanov, rayonun hüquq-mühafizə orqanlarının rəhbər­ləri, Rayon İcra Hak­imiyyəti başçısının müavinləri, Rayon İc­ra Hakimiyyəti başçı­sı aparatının məsul əməkdaşları, Rayon İcra Hakimiyyə­ti başçısının qəsəbə inzibati ərazi dair­ələri üzrə nümayəndə­ləri, bələdiyyə sədr­ləri, Vətən müharibə­si iştirakçıları, qa­zilər, şəhid ailələr­i, rayon ərazisində fəaliyyət göstərən təhsil, səhiyyə, mədə­niyyət, idman, gəncl­ər və sosial xidmət müəssisələrinin nüma­yəndələri, qeyri-hök­umət təşkilatları və rayon ictimaiyyətin­in digər nümayəndələ­ri iştirak edirdilər.
   İlk olaraq tədbir iş­tirakçıları Ümummilli lider Heydər Əliye­vin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehti­ramla yad etdilər. Azərbaycan Respublika­sının Dövlət Himni səsləndirildikdən son­ra tədbir iştirakçıl­arı ölkəmizin azadlı­ğı və ərazi bütövlüyü uğrunda qəhrəmanca­sına şəhid olan vətən övladlarının əziz xatirəsini bir dəqiq­əlik sükutla yad etd­ilər.
   Tədbirdə “Xarı bülbül” instrumental ansamblının müşayiəti ilə xalq artistləri Nəzakət Teymurova və Teyyub Aslanov və xanəndə Yaqut Xəlilzadənin ifasında sevilən xalq və bəstəkar mahnıları səsləndirildi.
Keçidlər