Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar “Rənglər festivalı” keçirildi

10 may 2022 | 19:19
10.05.2022-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti,  “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin birgə təşkilatçılığı ilə Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən Böyükşor bulvarında Azərbaycan xalqının Ümummilli lideri, müasir Azərbaycanın memarı Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə “Rənglər Festivalı” keçirildi.
Festivalda Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyev, Milli Məclisin deputatı Əliabbas Salahzadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı aparatın əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, bələdiyyələr, təhsil, səhiyyə, mədəniyyət, idman müəssisələri və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak edirdilər.
Xalq tətbiqi-sənət nümunələrinin nümayiş olunduğu festivalda yerli sənətkarlarla yanaşı ölkənin müxtəlif bölgələrindən olan sənətkarlar milli-mənəvi dəyərləri əks etdirən əl işlərini təqdim edirdilər. 
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev və qonaqlar  sənətkarlar üçün yaradılmış guşələrdə  nümayiş olunan əsərlərlə tanış olur və sərgi-satış yarmarkasından müxtəlif məhsullar əldə edirdilər.
Bayram əhval-ruhiyyəli festivalda rayonda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin balaca fidanlarının ifasında Ümummilli lider Heydər Əliyev, Ali Baş Komandan cənab İlham Əliyev, qalib Azərbaycan və Böyük Qələbəyə həsr olunan şeirlər, mahnılar səsləndirildi, müxtəlif ölkələrin rəqsləri nümayiş etdirildi.
Keçidlər