Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar ehsan süfrəsi açıldı

12 dekabr 2024 | 18:35
12.12.2024-cü il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar ehsan süfrəsi açıldı. Mərasimdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələri, rayon bələdiyyə sədrləri, rayonda fəaliyyət göstərən xidmət, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin rəhbərləri, QHT üzvləri və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak edirdilər.
Mərasimdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev dahi şəxsiyyət Heydər Əliyevin dövlətçiliyimizin qorunması və möhkəmlənməsində, Azərbaycanın sosial-iqtisadi inkişafında, eləcə də, hüquqi dövlət quruculuğu, təhsil, gənclər və idman sahələrində misilsiz xidmətlərindən söz açdı.
A.Vəliyev bildirdi ki, müstəqil dövlətimizin memarı və qurucusu, Azərbaycanın görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev Azərbaycan xalqının qəlbində özünə elə bir abidə ucaltmışdır ki, onun xatirəsi daim ürəklərdə yaşayır. Qeyd olundu ki, Azərbaycan xalqının milli kimliyinin və özünəməxsusluğunun bariz təcəssümünə çevrilmiş mütərəqqi ənənələrin mükəmməl ideoloji konsepsiya halına gətirilməsi və konkret dövlət modelində reallaşdırılması məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. A.Vəliyev Heydər Əliyev siyasətinin bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı.
Daha sonra Bakıxanov qəsəbəsində yerləşən İmam Rza məscidinin imamı Əmirxan Tahirov tərəfindən Ulu öndərin əziz xatirəsinə dualar oxundu.
 
 
Keçidlər