Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Ümummilli lider Heydər Əliyevin anım günü qeyd edildi

11 dekabr 2023 | 18:16
11.12.2023-cü il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, millət vəkili Əliabbas Salahzadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinləri Elşən Həsənli və Rəna Vəliyeva, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, rayonun təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin rəhbərləri və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak edirdilər.
İlk olaraq tədbir iştirakçıları Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər.
Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev öz çıxışında bildirdi ki, müstəqil dövlətimizin memarı və qurucusu, Azərbaycanın görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev Azərbaycan xalqının qəlbində özünə elə bir abidə ucaltmışdır ki, onun xatirəsi daim ürəklərdə yaşayır. Qeyd olundu ki, Azərbaycan xalqının milli kimliyinin və özünəməxsusluğunun bariz təcəssümünə çevrilmiş mütərəqqi ənənələrin mükəmməl ideoloji konsepsiya halına gətirilməsi və konkret dövlət modelində reallaşdırılması məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. A.Vəliyev Heydər Əliyev siyasətinin bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı.
Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisad Kollecinin direktoru Vidadi Orucov, Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin diektoru Ruhiyyə İbrahimova və Sabunçu Gənclər Evinin direktoru Kamil Yaqubov çıxış edərək dahi şəxsiyyət Heydər Əliyevin dövlətçiliyimizin qorunması və möhkəmlənməsində, Azərbaycanın sosial-iqtisadi inkişafında, eləcə də, hüquqi dövlət quruculuğu, təhsil, gənclər və idman sahələrində misilsiz xidmətlərindən söz açdılar.
Keçidlər