Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinin ildönümünə həsr olunmuş tədbir keçirildi

14 iyul 2022 | 17:08
   14.07.2022-ci il tarixdə YAP Sabunçu rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinin 53-cü ildönümünə həsr olunmuş tədbir keçirildi.
  Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, millət vəkili Əliabbas Salahzadə,  Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları və YAP Sabunçu rayon təşkilatının fəal üzvləri iştirak edirdilər.
   İlk olaraq tədbir iştirakçıları YAP Sabunçu rayon təşkilatının inzibati binasında Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər.
   Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev açılış nitqi ilə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı müstəsna xidmətlərindən söz açdı, onun respublikaya ilk dəfə rəhbərlik etdiyi dövrdə bugünkü müstəqilliyimiz üçün mühüm  iqtisadi və mənəvi potensial yaradıldığını bildirdi. Qeyd olundu ki, 1969-cu il iyul ayının 14-də Heydər Əliyevin hakimiyyətə gəlişilə Azərbaycanın inkişafında yeni mərhələ, böyük dönüş və tərəqqi başlandı. Uzaqgörən siyasətçi Heydər Əliyevin təşkilatçılıq qabiliyyəti, mövcud problemləri dərindən öyrənərək onların aradan qaldırılmasını təmin etmək bacarığı Vətənə və xalqa güclü məhəbbəti ilə birləşərək öz bəhrəsini verdi. Çox keçmədən bir zamanlar keçmiş Sovetlər İttifaqının geridə qalmış aqrar respublikası sayılan Azərbaycan sənaye və kənd təsərrüfatının geniş inkişaf etdiyi qabaqcıl respublikaya çevrildi. Azərbaycanda yüzlərlə iri sənaye müəssisəsi, sosial obyektlər inşa edildi, əhalinin sosial şəraitinin yaxşılaşdırılması üçün geniş miqyaslı mənzil tikintisi layihələri həyata keçirildi. Görülən bütün işlərin ilhamçısı və təşkilatçısı isə xalqımızın böyük oğlu Heydər Əliyev oldu.
   YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov çıxış edərək bildirdi ki, xalqın tələbi və təkidi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə gələn Heydər Əliyev ölkəmizi parçalanmaqdan, məhv olmaqdan qorudu, xalqın xilaskarına çevrildi. Z.Cəfərov vurğuladı ki, bugün aparıcı dünya dövlətlərinin hesablaşdığı Azərbaycan Respublikasının hərtərəfli inkişafının əsası məhz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu Öndərin əsasını qoyduğu, işləyib hazırladığı uzaqgörən siyasət bu gün onun layiqli davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
   Daha sonra çıxış edənlər - Zabrat Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Şəhla Namazova, 28 saylı tam orta məktəbin direktoru Qənirə Əmircanova, 96 saylı tam orta məktəbin direktoru Mehriban Məmmədova,  209 saylı tam orta məktəbin direktoru Səbahət Ağayeva, YAP Sabunçu rayon təşkilatının fəal üzvü Namiq Muradov və digərləri Ümummilli Lider Heydər Əliyevin Azərbaycan rəhbərliyində çalışdığı illər ərzində gördüyü misilsiz işlərdən danışdılar.
   Tədbirin sonunda YAP-ın sıralarına qatılan yeni üzvlərə partiyanın üzvlük vəsiqələri təqdim olundu.
 
Keçidlər