Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Uşaq Hüquqları Aylığı” çərçivəsində "Uşaq hüquqlarının müdafiəçiləri" adlı tədbir keçirildi

15 noyabr 2022 | 15:34
15.11.2022-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu rayonu, Zabrat qəsəbəsi 307 saylı tam orta məktəbin təşkilatçılığı ilə BMT-nin Baş Məclisi tərəfindən Uşaq Hüquqları haqqında Konvensiyanın qəbul edilməsinin ildönümü ərəfəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan edilmiş 20 oktyabr-20 noyabr tarixləri aralığında “Uşaq Hüquqları Aylığı” çərçivəsində "Uşaq hüquqlarının müdafiəçiləri" adlı tədbir keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumtəhsil sektorunun əməkdaşı Əfqan İsgəndərov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Uşaq hüquqları sektorunun əməkdaşı Azər İsalı, rayonun ümumtəhsil müəssisələrinin rəhbərləri, şagird və müəllim heyəti iştirak edirdilər.
İlk olaraq tədbir iştirakçıları şagirdlərin mövzu üzrə hazırladıqları rəsm əsərlərindən ibarət sərgiyə baxış  keçirdilər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbir rayonun Bakıxanov qəsəbəsi 72 saylı, Zabrat qəsəbəsi 192 və 307 saylı, Maştağa qəsəbəsi 28 və 108 saylı, Kürdəxanı qəsəbəsi 113 saylı və Pirşağı qəsəbəsi 112 saylı tam orta məktəblərinin şagirdlərinin təqdimatında uşaq hüquqları mövzusuna dair tamaşalar və musiqi nömrələri ilə davam etdi.
Tədbirdə Bakıxanov qəsəbəsi 195 saylı körpələr evi-uşaq bağçasının balaca fidanlarının hazırladığı rəngarəng çıxış isə xüsusi marağa səbəb oldu. 
Sonda çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumtəhsil sektorunun əməkdaşı Əfqan İsgəndərov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Uşaq hüquqları sektorunun əməkdaşı Azər İsalı və Sabunçu rayonu, Zabrat qəsəbəsi 307 saylı tam orta məktəbin direktoru Nizami Qasımzadə bildirdilər ki, Azərbaycanda uşaqların hüquqlarının müdafiəsi, onların inkişafı, hərtərəfli qayğı ilə əhatə olunması dövlət uşaq siyasətinin ayrılmaz tərkib hissəsi və başlıca prinsipləridir. Qeyd olundu ki, “Uşaq Hüquqları Aylığı”nın keçirilməsində məqsəd aidiyyəti qurumları cəlb etməklə uşaqlara diqqət və qayğının təşviq edilməsi, onlara qarşı pis rəftarın və zorakılığın qarşısının alınması, bu sahədə məlumatlılığın artırılması, uşaq hüquqlarının səmərəli müdafiəsi və təbliğinə nail olmaqdır.
Keçidlər