Sabunçu rayonunda uşaq və yeniyetmələr arasında intahar və məişət zorakılığı hallarının qarşısının alınması mövzusunda seminar keçirildi
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın 2024-cü il üçün Tədbirlər Planından irəli gələn tələblərin icrası ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Bakı filialının birgə təşkilatçılığı, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin dəstəyilə 16.12.2024-cü il tarixdə Sabunçu Gənclər Evində uşaq və yeniyetmələr arasında intahar və məişət zorakılığı hallarının qarşısının alınması, onların asudə vaxtlarının səmərəli təşkili istiqamətində rayonun Bakıxanov, Sabunçu, Ramana, Balaxanı və Zabrat qəsəbələrində yerləşən təhsil müəssisələrində çalışan psixoloqlar və pedaqoji kollektiv, həmçinin valideynlər üçün yerli mütəxəssislərin iştirakı ilə seminar keçirildi.