Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Səmədov Məhərrəm Elxan oğlunun ildönümü mərasimi keçirildi
24 oktyabr 2022 | 11:28
24 oktyabr 2022-ci ildə Sabunçu rayonu, Maştağa qəsəbəsində Vətən müharibəsi şəhidi Səmədov Məhərrəm Elxan oğlunun ildönümü mərasimi keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fərid Məmmədəliyev, 209 saylı tam orta məktəbin kollektivi, şəhidin ailə üzvləri, döyüş yoldaşları və qəsəbə sakinləri iştirak etmişdir.
Səmədov Məhərrəm Elxan oğlu 27.03.2001-ci ildə Sabunçu rayonu, Maştağa qəsəbəsində anadan olmuşdur. Maştağa qəsəbəsində yerləşən 209 saylı tam orta məktəbin 9-cu sinfini bitirmişdir.
2016-cı ildə Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 101 saylı peşə məktəbində oxumuşdur.
Peşə məktəbini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılmışdır.
Vətən müharibəsi başlayanda xidmət etdiyi hərbi hissədən könüllü müharibəyə qatılmış, Cəbrayıl və Ağdərə istiqamətində istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
06.10.2020-ci ildə Tərtər rayon istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid omuşdur.
24.10.2020-ci ildə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Seyidlər” qəbiristanlığında dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.