Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Tağıyev Kamran Fikrət oğlunun ildönümü və Alıyev Qələndər Nofəl oğlunun doğum günü münasibətilə anım mərasimləri keçirildi

31 oktyabr 2024 | 13:33
   31 Oktyabr 2024-cü il tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Tağıyev Kamran Fikrət oğlunun ildönümü və Alıyev Qələndər Nofəl oğlunun doğum günü münasibətilə anım mərasimləri keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, şöbənin böyük məsləhətçisi Fəqan Dünyamalıyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Elvin Şiriyev, Maştağa bələdiyyəsinin sədri Mikayıl Məmmədov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəsi Ruhin Orucov, şəhidin ailə üzvləri, qəsəbə sakinləri iştirak etmişdir.
Tağıyev Kamran Fikrət oğlu 27.09.2001-ci ildə Sabunçu rayonu, Maştağa qəsəbəsində anadan olmuşdur. 2017-ci ildə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 108 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirmişdir. 2019-cu ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağrılmışdır. Vətən müharibəsi başlayanda xidmət etdiyi hərbi hissədən könüllü müharibəyə qatılmış, Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 30.10.2020-ci ildə Tərtər rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 31.10.2020-ci ildə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə”  medalları ilə təltif olunub.
Alıyev Qələndər Nofəl oğlu 31 oktyabr 2001-ci ildə Bakı şəhəri Nizami rayonunda anadan olmuşdur. 15 sentyabr 2008-ci ildə Sabunçu rayonunda yerləşən 170 saylı tam orta məktəbin 1-ci sinfinə getmişdir. Məktəbdə oxuduğu dövrdə kikboksinq idman növü ilə məşğul olmuşdur. Lokomativ İdman və Sağlamlıq mərkəzində keçirilən idman yarışlarında 1-ci yerə layiq görülmüşdür. 2020-ci ildə hərbi xidmətə çağrılmış, Vətən müharibəsinin ilk günlərində döyüşlərdə iştirak etmişdir. Suqovuşan-Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmiş, 7 oktyabr 2020-ci ildə qəhrəmancasına şəhid olmuşdur. 28 noyabr 2020-ci ildə Bakıxanov qəsəbəsi, “Şəhidlər Xiyabanı”nda dəfn olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə”  medalları ilə təltif olunmuşdur.
Keçidlər