Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Cəfərzadə İsrail Namiq oğlunun ildönümü mərasimi qeyd olundu

18 oktyabr 2022 | 15:37
   18 oktyabr 2022-ci ildə Sabunçu rayonu, Sabunçu qəsəbəsində Vətən müharibəsi şəhidi Cəfərzadə İsrail Namiq oğlunun ildönümü mərasimi qeyd olundu. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəsi Vüsal Hüseynov, Sabunçu bələdiyyəsinin sədri Həsənov Əlfəddin, Nardaran qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhəmməd Əsədov, şəhidin ailə üzvləri, döyüş yoldaşları, qəsəbə sakinləri iştirak etmişdir.         
   Cəfərzadə İsrayıl Namiq oğlu 30.09.2000-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. 2016-cı ildə Sabunçu rayonu, 148 saylı tam orta məktəbi bitirmiş. Bakı Dövlət Peşə Təhsili Mərkəzində texnoloji qurğuların operatorluğu ixtisası üzrə təhsil almışdır. İdmanla məşğul olan İ.Cəfərzadə qatıldığı yarışlarda nailiyyətlər əldə etmişdir. 02.07.2019-cu il tarixdə həqiqi hərbi xidmətə çağırılan İ.Cəfərzadə xidmət etdiyi dövr ərzində həm insani keyfiyyətləri, həm də əsgər məsuliyyəti ilə bölükdə seçildiyinə görə 28.05.2020-ci il tarixində çavuş rütbəsi almışdır.
   İ.Cəfərzadə Vətən müharibəsi zamanı 16.10.2020-ci il tarixdə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində düşmən hücumunun qarşısını dəf edərkən qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən Uğrunda”, “İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

 

Keçidlər