Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Camal Xaliq oğlu Əliyevin doğum günü münasibətilə anım mərasimi keçirildi.

11 avqust 2026 | 17:19
11 Avqust 2026-cı il tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Əliyev Camal Xaliq oğlunun doğum günü münasibətilə xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi.Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi - müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun məsləhətçisi Natiq Rəsulov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi inzibati ərazi dairəsi üzrə baş məsləhətçi-ev təsərrüfatlarının uçotu işinin aparıcısı Müşfiq Mustafayev və şəhidin ailə üzvləri iştirak etmişdir.Əliyev Camal Xaliq oğlu  11.08.1993-cü ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində anadan olmuşdur. 2011-ci ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 74 nömrəli tam orta məktəbi bitirmişdir. 2015-ci ildə Dövlət Neft Akademiyasını bitirmişdir. 2015-ci ildə həqiqi hərbi xidmətə çağrılmışdır. Vətən müharibəsi zamanı Füzuli rayon istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 03.11.2020-ci ildə Füzuli rayon istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. 05.11.2020-ci ildə Bakıxanov qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Əliyev Camal Xaliq oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Keçidlər