Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Camal Xaliq oğlu Əliyevin ildönümü münasibətilə anım mərasimi keçirildi
02 noyabr 2026 | 13:07
2 Noyabr 2026-cı il tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Əliyev Camal Xaliq oğlunun ildönümü münasibətilə anım mərasimi keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi - Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun məsləhətçisi Natiq Rəsulov, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilat aparatının məsləhətçisi Altun İbrahimov, Bakıxanov bələdiyyəsinin sədri Ruhin Orucov, Bakıxanov bələdiyyəsinin sədr müavini Vüsal Əzizzadə, şəhidin ailə üzvləri və qəsəbə sakinləri iştirak etmişdir.
Əliyev Camal Xaliq oğlu 11.08.1993-cü ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində anadan olmuşdur. 2011-ci ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 74 nömrəli tam orta məktəbi bitirmişdir. 2015-ci ildə Dövlət Neft Akademiyasını bitirmişdir. 2015-ci ildə həqiqi hərbi xidmətə çağrılmışdır. Vətən müharibəsi zamanı Füzuli rayon istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 03.11.2020-ci ildə Füzuli rayon istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 05.11.2020-ci ildə Bakıxanov qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

















