Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Cəfərov Zaur Hüseyn oğlunun ildönümü mərasimi keçirildi

10 oktyabr 2022 | 16:55
   10 oktyabr  2022-ci ildə Ramana qəsəbəsində Vətən müharibəsi şəhidi Cəfərov Zaur Hüseyn oğlunun ildönümü mərasimi keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Ramana qəsəbəsi üzrə nümayəndəsi Arif Osmanov, Ramana bələdiyyəsinin sədri Turqay Qəribov, şəhidin ailə üzvləri, döyüş yoldaşları və qəsəbə sakinləri iştirak etmişdir.
   Zaur Cəfərov 1980-ci il martın 4-də Kəlbəcər rayonunun Başlıbel kəndində anadan olmuşdur. İbtidai təhsilinə 1986-ci il indiki şəhid Namiq Əbdüləliyev adına Başlıbel kənd orta məktəbində başlamışdır. Sonradan ailəsi ilə birlikdə əvvəlcə Qax rayonuna, sonra isə Bakıya köçmüşdür. Orta təhsilini 1997-ci ildə Qaradağ rayonu Qızıldaş qəsəbəsində indi şəhid Azər Namazovun adını daşıyan orta məktəbdə başa vurmuşdur. 1997-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuşdur. 2001-ci ilə qədər Ali Hərbi Məktəbdə təhsil almışdır. 2001-ci ildə ali hərbi məktəbi bitirərək Müdafiə Nazirliyinin əmrinə əsasən leytenant rütbəsi ilə bitirib. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 12.05.2003-cü il tarixindən 25.06.2003-cü il tarixinə kimi fəaliyyət göstərən artilleriya batareya komandiri kursunu, 14.11.2005-ci il tarixindən 17.12.2005-ci il tarixinə kimi fəaliyyət göstərən artilleriya divizionu komandirinin maddi-texniki təminat üzrə müavini kursunu, 01.09.2008-ci il tarixindən 11.10.2008-ci il tarixinə kimi fəaliyyət göstərən artilleriya divizionunun qərargah rəisi - divizion komandirinin müavini kursunu, 03.02.2014-cü il tarixindən 15.03.2014-cü il tarixinə kimi fəaliyyət göstərən artilleriya divizionunun komandiri kursunu müvəffəqiyyətlə bitirmişdir. Vətən müharibəsi zamanı xüsusi qəhrəmanlıq görsədən polkovnik leytenant Zaur Cəfərov Suqovuşan istiqamətində gedən döyüşlərdə 10 oktyabr 2020-ci il tarixdə qəhrəmancasına şəhid olmuşdur. 20 oktyabr 2020-ci ildə II “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni, “Vətən Uğrunda” , “İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuşdur.
   Polkovnik-leytenant Zaur Cəfərov ailəli idi. 2 qız 1 oğlan övladı bizlərə yadigar qalmışdır.
 
Keçidlər