Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Əkbər Bahadur oğlu Hüseynovun ildönümü münasibətilə anım mərasimi keçirildi
29 sentyabr 2026 | 13:26
29 Sentyabr 2026-cı il tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Hüseynov Əkbər Bahadur oğlunun ildönümü münasibətilə xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi - Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun məsləhətçisi Natiq Rəsulov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Məhəmməd Əsədov, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Bakıxanov bələdiyyəsinin sədri Ruhin Orucov, şəhidin ailə üzvləri, qəsəbə sakinləri iştirak etmişdir.
Hüseynov Əkbər Bahadur oğlu 11.07.2001-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində anadan olmuşdur. 2018-ci ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 252 saylı tam orta məktəbi bitirmişdir.15.07.2019-cu ildə həqiqi hərbi xidmətə çağrılmışdır. Vətən müharibəsi zamanı xidmət etdiyi hərbi hissədən könüllü müharibəyə qatılmış, Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 29.09.2020-ci ildə Tərtər rayonu Talış kəndi istiqamətində gedən döyüşdə qəhramancasına şəhid omuşdur. 30.09.2020-ci ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

















