Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Elcan Zöhrab oğlu Məmmədovun doğum günü münasibətilə anım mərasimi keçirildi.

09 avqust 2026 | 16:02
9 Avqust 2026-cı il tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Məmmədov Elcan Zöhrab oğlunun doğum günü münasibətilə xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini - müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsi üzrə nümayəndəsi Rauf Həsənov, şəhidin ailə üzvləri və qəsəbə sakinləri iştirak etmişdir.
Məmmədov Elcan Zöhrab oğlu  09.08.1989-cu ildə Tərtər rayonunda anadan olmuşdur. 2007-ci ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 169 saylı orta məktəb bitirmişdir. 2007-ci ildə Azərbaycan Texniki Universitetinə qəbul olunmuşdur. Universiteti bitirəndən sonra həqiqi hərbi xidmətə çağrılmışdır. 2018-ci ildə könüllü olaraq xüsusi zabit kurs keçərək leytenant rütbəsi almışdır. Vətən müharibəsi başlayan kimi Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 27.09.2020-ci ildə Tərtər istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. 28.09.2020-ci ildə Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu leytenant Məmmədov Elcan Zöhrab oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.
Keçidlər