Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Ələkbərov Telman İqdam oğlunun anım mərasimi keçirildi

30 mart 2022 | 18:14

30 mart 2022-ci ildə Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Ələkbərov Telman İqdam oğlunun doğum günü münasibətilə anım mərasimi keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Sabunçu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vüsal Hüseynov, Sabunçu Bələdiyyə sədrinin müavini Ələmdar Nəbiyev, şəhidin ailə üzvləri, döyüş yoldaşları, təhsil aldığı 215 №-li məktəbin müəllim və şagird kollektivi iştirak etmişdir.
Ələkbərov Telman İqdam oğlu 30.03.1991-ci ildə Bakı şəhərində anadan olmuşdur.
Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən  215 saylı tam orta məktəbdə və 2003-2008-ci illərdə Azərbaycan Respublikası Olimpiya İdman Liseyində təhsil almışdır. 2009-cu ildə həqiqi hərbi xidmətə çağırılmışdır.
2013-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına  daxil olmuş və 2018-ci ildə oranı bitirmişdir.
2019-cu ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Ehtiyat zabit hazırlığı kursunda “motoatıcı taqım komandiri” ixtisası üzrə təlim keçmişdir.
2019-cu ilin yanvarında kursu bitirdikdən sonra leytenant rütbəsi alaraq taqım komandiri kimi Ağdam rayonunda yerləşən N saylı hərbi hissəsinin motoatıcı taboruna təyinat almışdır.
Vətən müharibəsində müxtəlif döyüş bölgələrində iştirak etmiş, 07.10.2020-ci ildə Ağdam rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
12.10.2020-ci ildə Bakı şəhəri, Yasamal rayonunda yerləşən “İkinci Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra  III dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Keçidlər