Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Hüseynov Xaliq Kamil oğlunun ad günü münasibətilə anım mərasimi keçirildi
20 sentyabr 2022 | 08:04
20 sentyabr 2022-ci ildə Nardaran qəsəbəsində Vətən müharibəsi şəhidi Hüseynov Xaliq Kamil oğlunun ad günü münasibətilə anım mərasimi keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəsi Məhəmməd Əsədov, Nardaran bələdiyəsinin sədri Əlihüseyn Ağayev, şəhidin ailə üzvləri, qəsəbə sakinləri iştirak etmişdir.
Hüseynov Xaliq Kamil oğlu 20.09.2001-ci ildə Sabunçu rayonu, Nardaran qəsəbəsində anadan olmuşdur. Xaliq 295 saylı tam orta məktəbin 9-cu sinfini bitirib, 13 saylı Bakı Peşə məktəbində çilingərlik peşəsinə yiyələnmişdir.
2019-cu ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılmışdır.
Vətən müharibəsi başlayanda xidmət etdiyi hərbi hissədən könüllü müharibəyə qatılmış, döyüşlərdə qəhrəmanlıqla iştirak etmişdir.
16.10.2020-ci ildə Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
17.10.2020-ci ildə Sabunçu rayonu, Nardaran qəsəbəsi “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” , “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.