Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Vətən müharibəsi şəhidi İsmayılov Veyis Əflatun oğlunun ildönümü mərasimi keçirildi

14 oktyabr 2022 | 14:23
   14 oktyabr 2022-ci ildə Zabrat qəsəbəsində Vətən müharibəsi şəhidi İsmayılov Veyis Əflatun oğlunun ildönümü mərasimi keçirildi. Tədbirdə, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Zabrat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elvin Şiriyev, şəhidin ailə üzvləri, döyüş yoldaşları və qəsəbə sakinləri  iştirak etmişdir.
   23 fevral 1996-cı ildə Yevlax rayonunda anadan olan Veyis İsmayılov 7 yaşı olanda ailəsi ilə birlikdə Bakı şəhəri Sabunçu rayonunun Zabrat qəsəbəsinə köçmüşdür.
Vətən müharibəsi zamanı könüllü olaraq xidmətə yazılmış Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 17 noyabr 2021-ci ildə Bakıxanov qəsəbəsi “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Keçidlər