Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Vətən müharibəsi şəhidi İsrayıl Namiq oğlu Cəfərzadənin doğum günü münasibətilə anım mərasimi keçirildi

30 sentyabr 2026 | 17:10
30 Sentyabr 2026-cı il tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Cəfərzadə İsrayıl Namiq oğlunun doğum günü münasibətilə xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini - müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Məhəmməd Əsədov, şəhidin ailə üzvləri və qəsəbə sakinləri iştirak etmişdir.
Cəfərzadə İsrayıl Namiq oğlu 30.09.2000-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonunda anadan olmuşdur. 2016-cı ildə Sabunçu rayonu, 148 saylı tam orta məktəbi bitirmiş, Bakı Dövlət Peşə Təhsili Mərkəzində texnoloji qurğuların operatorluğu ixtisası üzrə təhsil almışdır. İdmanla məşğul olan İ.Cəfərzadə qatıldığı yarışlarda nailiyyətlər əldə etmişdir. 02.07.2019-cu il tarixdə həqiqi hərbi xidmətə çağırılan İsrayıl Cəfərzadə xidmət etdiyi dövr ərzində həm insani keyfiyyətləri, həm də əsgər məsuliyyəti ilə bölükdə seçildiyinə görə 28.05.2020-ci il tarixində çavuş rütbəsi almışdır. 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinin ilk dəqiqəsindən baş kəşfiyyatçı kimi döyüşə atılıb. Son döyüşü oktyabrın 16-dan 17-nə keçən gecə olub. Tərtər rayonu Suqovuşan istiqamətində düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 18 oktyabr 2020-ci ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3–cü dərəcəli “Rəşadət”  ordeni, “İgidliyə görə”, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Keçidlər